Rus haker qrupu üçün 10 milyon mükafat vəd olundu

saytların hazırlanması

Evə çatdırılma

Rus haker qrupu üçün 10 milyon mükafat vəd olundu

Dünya

12 Avqust 2022 11:30 879


ABŞ Dövlət Departamenti "Conti" qrupu ilə əlaqəli 5 şəxsin şəxsiyyətini və yerini müəyyən edən məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edəcəyini açıqlayıb.

Yenisabah.az “Hill”ə istinadla xəbər verir ki, "Conti" Rusiyada yerləşən, Ukraynaya hücumdan sonra Moskvanın hərəkətlərini dəstəkləyən və Rusiya üçün təhlükə hesab etdiyi ölkələrin kritik infrastrukturunu təhdid edən haker qrupudur. 

ABŞ Dövlət Departamentinin məlumatına görə, qrup ABŞ və beynəlxalq infrastruktur, o cümlədən hüquq-mühafizə orqanları, təcili tibbi yardım xidmətlərini hədəf alan mindən çox hücum əməliyyatı həyata keçirib. Dördpendirli pizza

Bundan əvvəl "Microsoft" iyul ayında rus hakerlərinin Ukrayna müttəfiqlərinə qarşı kiberhücumlar təşkil etdiyini bildirmişdi.

“Microsoft”un hesabatına görə, dövlət tərəfindən dəstəklənən rus hakerləri Ukraynanı dəstəkləyən 42 ölkədə hökumətlərə, beyin mərkəzlərinə, şirkətlərə və humanitar qruplara qarşı strateji casusluğa başlayıblar.

“Microsoft”un rəhbəri Bred Smit müharibə başlayandan bəri Rusiyanın (Ukrayna müttəfiqlərinə) qarşı kiberhücumlarının 29%-də uğurlu olduğunu iddia edib.

Bu hesabata görə, rus hakerlərinin kibercasusluq hədəflərinin təxminən üçdə ikisi NATO üzvləridir, əsas hədəf ABŞ və Polşadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!