Rus oliqarxın yaxtası müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Rus oliqarxın yaxtası müsadirə olundu

Dünya

31 Mart 2022 07:10 547


Londonda rus iş adamına məxsus olduğu bildirilən yaxta müsadirə olunub.
 

Londonun şərqindəki Kanari Varf limanında adı gizli saxlanılan oliqarxa aid 58,5 metr uzunluğundakı “Phi” superyaxtası Nəqliyyat Nazirliyi tərəfindən müsadirə edilib.

Üzgüçülük hovuzu və böyük şərab zirzəmisi olan yaxtanın təxminən 38 milyon funt sterlinq dəyərində olduğu qeyd olunub.

Bu, Britaniyanın müsadirə etdiyi ilk yaxtadır. Toyuqlu pizza

Qeyd edək ki, bundan əvvəl İtaliya hökuməti rusiyalı oliqarx Aleksey Mordaşova məxsus “Lady M” yaxtasını, Andrey Melniçenkoya məxsus yaxtanı, Fransa hökuməti isə rusiyalı oliqarx İqor Seçinin 86 metr uzunluğundakı “Amore Vero” yaxtasını müsadirə etdiklərini açıqlamışdı.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!