Rus ordusu Odessaya zərbələr endirdi: Ölənlər var 

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusu Odessaya zərbələr endirdi: Ölənlər var 

Dünya

10 Aprel 2024 22:56 759


Bu gün axşam saatlarında Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. 

Axar.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb. 

“Rusların axşam saatlarında Odessa vilayətinə raket hücumu nəticəsində biri uşaq - 10 yaşlı qız olmaqla, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır. Həkimlər mümkün olan hər şeyi edirlər”, - Kiper əlavə edib.  Dominos pizza

Onun sözlərinə görə, Odessa bölgəsinə “İskəndər-M” ballistik raketləri ilə hücum olunub. Nəticədə Odessa vilayətində nəqliyyat infrastrukturuna və yaxınlıqdakı yük maşınlarına ziyan dəyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!