“Rus ordusu taktikanı dəyişib” – Ukrayna Müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

“Rus ordusu taktikanı dəyişib” – Ukrayna Müdafiə naziri

Dünya

05 Mart 2022 12:26 12818


“9 gün 4 saat 2 dəqiqə. Ukrayna dünyanı qoruyur!”

Yenisabah.az xəbər verir ki, bu sözləri Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, rus ordusu bəzi istiqamətlərdə irəliləyib, ancaq kiçik bir əraziyə nəzarət edir: “Bizim müdafiəçilər isə güclü cavab verir və işğalçıları sıxışdırıb çıxarırlar”. pizza hut

Müdafiə naziri ukraynalıların müqavimətini nəzərə alaraq Rusiyanın taktikanı dəyişdiyini bildirib: “Onlar hava və raket potensialından hərtərəfli və fəal şəkildə istifadə edir. Hər növ aviasiya şəhərləri, qəsəbələri və mülki infrastrukturu, o cümlədən kritik və təhlükəli həm nüvə, həm də su elektrik stansiyalarını bombalayır.

“Böyük ordu” özünün əsl mahiyyətini, yalnız dinc əhaliyə, uşaqlara, qadınlara, silahsız mülki şəxslərə hücum etməyi bacaran qorxaq terrorçu imicini göstərdi. Amma əminliklə deyirəm - hər cana, hər göz yaşına  görə düşmən cavab verəcək. Onların əsas hədəfi Kiyevin mühasirəyə alınmasına və müqavimətin zəifləməsinə yönəldilib. Kiyev şəhərinin müdafiəçiləri düşmənin hücumunu dəf etməkdə davam edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!