Rus qoşunları Ukraynanın bu şəhərindən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Rus qoşunları Ukraynanın bu şəhərindən qovuldu

Dünya

29 Mart 2022 09:37 595


Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarını Krivoy Roq şəhərindən 40-60 kilometr geriyə sıxışdırıblar.

Yenisabah.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Hərbi Administrasiyanın rəhbəri Aleksandr Vilkul bildirib.

Ukrayna Silahlı Qüvvələri bölgədə daha bir neçə yaşayış məntəqəsini azad edib, demarkasiya xətti Xerson vilayəti ərazisinə keçirilib. pizza sifarişi

Vilkulun sözlərinə görə, döyüşlər nəticəsində Ukrayna hərbçiləri düşmənin texnikasını ələ keçirib.

"Şəhərdə vəziyyət sabitdir. Gördüyünüz kimi, şəhər yaşayır və işləyir. Bir çox ərazilərdə müdafiə mövqeləri qurulur", - Vilkul əlavə edib.

Vilkul vurğulayıb ki, “bizim strategiyamız düşməni uzaqlaşdırmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!