“Rusiya ABŞ-la Avropa arasında parçalanmaya təkan vermək istəyir“ - Borrel

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ABŞ-la Avropa arasında parçalanmaya təkan vermək istəyir“ - Borrel

Dünya

12 Yanvar 2022 17:56 576


"Rusiya hakimiyyətinin ambisiyası Soyuq müharibədən sonra formalaşan siyasi və təhlükəsizlik nizamına meydan oxumaq, 1997-ci ildəki NATO-Rusiya təsis aktına qayıtmaqdır. Həmçinin, Rusiya Avropa İttifaqını (Aİ) əhəmiyyətsiz göstərmək və ABŞ-la Avropa arasında strateji parçalanmaya təkan vermək istəyir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell bugünkü Rusiya-NATO toplantısında qeyd edib.

Qeyd edək ki, tərəflər arasında 2,5 illik fasilədən sonra bu il baş tutan toplantıda Rusiya NATO-nun 1997-ci il sərhədlərinə qədər geri çəkilməsini tələb edib. NATO-nun tələbləri isə Gürcüstan və Ukraynanı öz "portfel"inə daxil etməkdir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!