Rusiya ABŞ-yə nota göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ABŞ-yə nota göndərdi

Siyasət

22 Fevral 2024 23:29 759


Rusiyanın ABŞ-dəkı səfirliyi Prezident Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələr səsləndirməsi ilə əlaqədar ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Dövlət Departamenti işə başlayan kimi biz ABŞ rəhbərliyinin Rusiya prezidentinə qarşı təhqirlərinin hədsiz xarakteri və yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərdik”, – səfirin Rusiya diplomatik missiyasının “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda deyilir. Toyuqlu pizza

Onun sözlərinə görə, ABŞ çətin ki, sadə üzrxahlıqla vəziyyəti həll etsin.

“Mövcud vəziyyəti sadə üzrxahlıqla həll etmək mümkün deyil. Həm də ABŞ hakimiyyəti bunu etməyəcək”, - bəyanatda bildirilir.

Antonov ABŞ-də seçkilər yaxınlaşdıqca bu cür insidentlərin adi hala çevrildiyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!