Rusiya açıqladı: Ukraynanın 1839 tankı vurulub

saytların hazırlanması

Evə çatdırılma

Rusiya açıqladı: Ukraynanın 1839 tankı vurulub

Dünya

01 Aprel 2022 12:19 855


Rusiya aviasiyası son sutkada Ukraynanın 52 hərbi obyektini vurub.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib. O deyib ki, vurulan obyektlərə üç komanda məntəqəsi, üç reaktiv yaylım atəşi sistemi, Buk-M1 zenit-raket kompleksi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün radar, həmçinin on hərbi texnikanın cəmləşməsi zonası və Ukrayna Silahlı Qüvvələrinin 16 digər məntəqəsi daxildir.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələri dəqiq idarə olunan havadan buraxılan silahlardan istifadə edərək, beş sursat anbarı da daxil olmaqla, altı Ukrayna hərbi obyektini məhv edib. Toyuqlu pizza

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 124 təyyarə və 81 helikopter, 353 pilotsuz uçuş aparatı, 1839 tank və digər zirehli döyüş maşını, 202 reaktiv yaylım atəşi sistemi, 773 səhra artilleriya silahı və minaatan, o cümlədən 1711 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib”, - Konaşenkov qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, ötən gecə Luqansk istiqamətindəki döyüşlərdə Ukraynanın 57-ci motoatıcı briqadanın tərkibində fəaliyyət göstərən 40-a qədər ukraynalı millətçi, bir artilleriya batareyası, iki piyada döyüş maşını və müxtəlif təyinatlı dörd texnika məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!