“Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır“   - Britaniya XİN başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır“ - Britaniya XİN başçısı

Dünya

31 Yanvar 2022 13:46 453


“Rusiyanın Ukraynaya qarşı fəaliyyəti Avropadakı təhlükəsizlik üçün həqiqətən təhdid yaradır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras “Teleqraf” qəzetindəki köşə yazısında yazıb.

“Baş nazirimiz qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. O, regiona səyahət edərək diplomatik töhfələrini verməyə çalışacaq. Mən də qarşıdakı iki həftə ərzində Moskvaya gedəcəyəm. İndi Ukrayna sərhədində 100 mindən çox əsgər var. Rusiya bundan əvvəl Ukraynaya hücum çəkərək 2014-cü ildə Krımı ilhaq edib və Donbasa müharibə gətirib. Yəni indi də həqiqi təhlükə var”, - o bildirib. pizza hut

L.Trass Ukraynaya əllərindən gələn hər cür dəstəyi verdiklərini vurğulayıb: “Ukraynalı əsgərlərin hazırlıq səviyyəsinin artırılmasına çalışırıq. Beləliklə, Ukraynada 20 mindən çox əsgər hazırlamışıq. Həmçinin Ukrayna donanmasına dəstək verməkdəyik”.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!