Baltik dənizində “Okean Qalxanı-2023” hərbi təlimləri başlayıb.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin 30-dan çox döyüş gəmisi, dəniz aviasiyasının 30 təyyarəsi və 6 minə yaxın hərbçisi yerləşdiriləcək. Dominos pizza
Qurumun məlumatına görə, hərbi təlim zamanı “əməliyyat baxımından mühüm dövrdə dəniz qüvvələrinin milli maraqların qorunmasına hazırlığı yoxlanılacaq”.
Ümumilikdə təlim proqramına silahlar da daxil olmaqla 200-dən çox döyüş təlimi daxildir.
Əməliyyatlar başa çatdıqdan sonra gəmilər və aviasiya daimi yerlərinə qayıdacaq.
Telegram kanalımız