“Rusiya bizə mane olmayacaq“ - Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya bizə mane olmayacaq“ - Çavuşoğlu

Dünya

04 İyul 2022 16:15 931


"Rusiya ilə Suriyanın şimalındakı hərbi əməliyyatla bağlı fikir ayrılıqlarımız var, lakin Ankara Rusiyanın buna müdaxilə edəcəyinə inanmır".

Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, Türkiyə tərəfi indiyədək Moskvadan heç bir kəskin reaksiya və etiraz almayıb. pizza mizza

“Xeyr, Rusiyanın müdaxilə edəcəyini düşünmürəm. Bizim Rusiya ilə bir çox məsələlərdə fikir ayrılığımız var, o cümlədən Ukraynadakı hərəkətlər, Krımın tanınmaması və s. Amma bizim iqtisadi və siyasi əlaqələrimiz var”, - deyə Çavuşoğlu NTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya Suriyadakı terrorçularla bağlı Türkiyəyə verdiyi sözünün üstündə durmayıb, ona görə də Ankara məsələni təkbaşına həll etməli olacaq:

“Digər tərəfdən, ABŞ və Rusiyanın Türkiyə Silahlı Qüvvələrinin planlaşdırdığı əməliyyatla bağlı danışmağa haqqı yoxdur, onlar sözünün üstündə durmayıblar”.

Xatırladaq ki, bir il əvvəl Mövlud Çavuşoğlu Rusiya və ABŞ-ın “Sülh mənbəyi” əməliyyatından sonra kürd birləşmələrinin Suriyanın dərinliklərinə çəkilməsi ilə bağlı verdikləri vədlərə əməl etmədiyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!