"Lisiçansk şəhəri Luqansk vilayətində Ukraynanın nəzarəti altında qalan sonuncu böyük yaşayış məntəqəsi idi. Lisiçanskın işğalından sonra Rusiyanın diqqəti demək olar ki, böyük hissəsi Ukrayna qüvvələrinin nəzarətində qalan Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək".
Yenisabah.az-ın məlumatına görə, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirlib.
Qeyd edilib ki, Donbass uğrunda mübarizə “inadkar və yorucu” olub – ona görə də Donetsk vilayətinin tam işğalı çətin ki, yaxın həftələrdə gerçəkləşsin. pizza sifarişi
Bundan əlavə, kəşfiyyat Rusiya işğalının Ukraynanın kənd təsərrüfatı sektoruna “dağıdıcı təsirini” davam etdirməkdə olduğunu bildirib.
Müharibə Ukrayna fermerlərinin asılı olduğu toxum və gübrə tədarükü zəncirlərini ciddi şəkildə pozub. Rusiya Odessanı blokadaya almaqla Ukraynadan taxıl ixracını ciddi şəkildə məhdudlaşdırmaqda davam edir. Bu səbəbdən, 2022-ci ildə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı çətin ki, 2021-ci ildə ümumi həcmin 35%-dən çox olsun.
Böyük Britaniyada hesab edirlər ki, işğalçıların İlan adasından geri çəkilməsindən sonra Rusiya taxıl ixracının yaxşılaşdırılması ilə bağlı səhvən “top indi Ukraynanın tərəfindədir” deyib.
“Əslində, Rusiyanın Ukraynanın kənd təsərrüfatı sektoruna müdaxiləsi qlobal ərzaq böhranını şiddətləndirməkdə davam edir”, - kəşfiyyat bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən – bazar günü prezident Vladimir Putinə verdiyi hesabatda Lisiçansk şəhərininun tutulması ilə Luqansk vilayətinin tamamilə ələ keçirildiyini bildirib.
Telegram kanalımız