Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Sosial

02 Sentyabr 2020 11:19 727


Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 400 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub.

Yenisabah.az xəbər verir ki, soydaşlarımız avtobuslarla “Samur” sərhəd-keçid məntəqəsindən keçməklə ölkəyə gətirilib.

Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçirilib. Dördpendirli pizza

Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Həmçinin, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur.(APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!