Rusiya Ermənistana qənd ixracını məhdudlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistana qənd ixracını məhdudlaşdırdı

Dünya

04 May 2024 10:20 266


Rusiya qamış və ya çuğundur şəkərinin, habelə kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin "Telegram" kanalında məlumat yayılıb.

Məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Bu qərarın daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığı vurğulanır. Dominos pizza

Rusiya hökumətinin fikrincə, Aİİ ölkələrinə müəyyən həcmdə şəkər tədarükü mümkün olacaq. O cümlədən, Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton şəkər tədarük ediləcək.

Bu həcmlərin xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürülməsi Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!