Rusiya “Vaqner” vasitəsilə Ermənistanda çevriliş etməyə hazırlaşır.
Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Azatutyun” çıxış edib.
AzadlıqRadiosunun erməni xidməti iddia edib ki, Rusiya ilə Ermənistan arasında diplomatik müstəvidə gərginliyin yaşanması fonunda Kreml Ermənistandakı siyasi hakimiyyəti dəyişmək niyyətinə düşüb.
Məlumata görə, rəsmi Moskva İrəvandakı Paşinyan iqtidarını devirmək üçün “Vaqener” muzdlularının xidmətindən istifadə edə bilər.
İddialara görə, Yevgeni Priqojinin ölümündən əvvəl Ermənistanda 3000-ə yaxın “vaqnerçi” olub. Bu barədə Ermənistanın hökumətyönümlü “Baqramyan 26” kanalı məlumat yayıb.
Qeyd olunur ki, bu yaxınlarda onlara (əsasən Rostovdan) 2000-ə yaxın müqaviləli əsgər (əsasən etnik ermənilər) qoşulub.
Verilən xəbərlərə görə, Paşinyanın son vaxtlar anti-Rusiya çıxışlarından sonra Kreml Ermənistandakı "vaqner"çilərin əli ilə Nikolu devirməyi planlayır.
Xəbərdə qeyd olunur ki, V.Putin üçün bardağı daşıran “son damla” erməni-amerikan hərbçilərinin birgə təlimləri olub.
Məlumata görə, hazırda Ermənistanda “vaqnerçi”lərin sayı 12 min nəfər çatır və onlara srağagün hərəkətə keçmək əmri verilib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız