Rusiya Ermənistanı küncə dirədi: Paşinyanın cavabı nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistanı küncə dirədi: Paşinyanın cavabı nə olacaq?

Siyasət

08 Fevral 2024 16:49 2624


Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib. O, Ermənistanı təşkilatdan uzaqlaşmaqda və yersiz ifrat tənqiddə günahlandırıb. 

Qeyd edək ki, bu Rusiya tərəfinin ilk belə bəyanatı deyil. Bundan öncə də rusiyalı rəsmilər dəfələrlə rəsmi İrəvanın KTMT-dəki rolunu kəskin tənqid ediblər. Bəs görəsən bu cür gedişatın fonunda Ermənistanın KTMT-dən çıxması baş tuta bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, Ermənistanın bu addımları KTMT-dən uzaqlaşmaq və tamamilə çıxmaq istiqamətindədir:   Dördpendirli pizza

“Rusiya və Ermənistan arasında KTMT mövzusunda narazılıqlar yeni deyil. Xüsusilə son aylarda İrəvan rəsmiləri KTMT-nin, o cümələdən Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edə bilməməkdə suçlayır. Görünür ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından fərqli olaraq KTMT-də fəaliyyətini xeyli məhdudlaşdırıb. Bu Rusiya tərəfindən də tez-tez qeyd olunur və Rusiyada artıq belə hesab edirlər ki, Ermənistanın bu addımları KTMT-dən uzaqlaşmaq istiqamətindədir. Təbii ki, bu Rusiyanı narahat edir. Bu cür narazılıqlar dərinləşərsə gələcəkdə Ermənistanın təşkilatdan çıxması mümkündür. Digər tərəfdən rəsmi İrəvanın son illər qərbə doğru yaxınlaşması açıq-aşkar özünü göstərir”. 

Siyasi şərhçi eyni zamanda Ermənistanın bir çox sahələrdə hələ də Rusiyadan asılı olduğunu qeyd edib: 

“Ümumiyyətlə hazırki Ermənistan siyasi elitası tamamilə qərbə bağlıdır. Eyni zamanda Rusiya bu cür vasitələrlə Ermənistanı təzyiq altında saxlamağa çalışır. Ancaq məsələ bu qədər sadə deyil. Ermənistanın Rusiyadan iqtisadi, siyasi və hərbi cəhətdən ciddi asılılığı var. Bu asılılıq tam aradan qaldırılmadan və regionda olan bəzi problemləri, o cümlədən Azərbaycanla münasibətləri normallaşdırmadan İrəvanın bu cür kəskin addım atması real görünmür. Ancaq gələcəkdə hadisələr indiki tendensiyada inkişaf etsə Ermənistan KTMT-dən ayrıla bilər”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!