Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz protokol imzalanıb? - Çavuşoğlundan   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz protokol imzalanıb? - Çavuşoğlundan CAVAB

Siyasət

15 Dekabr 2020 01:10 2028


“Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında iki protokol imzalanıb. Amma imzalanmazdan öncə Azərbaycanla razılaşdırılıb”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə məsələləri ilə bağlı danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

TBMM-də müxlaif partiyaya mənsub millət vəkillərinin “Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz niyə gizli danışıqlar olub?” sualını cavablandıran  nazir deyib ki, bu itihamlar əsassızdır, Azərbaycandan gizlin heç bir protokol imzalanmayıb. Toyuqlu pizza

Nazir deyib ki, Türkiyənin Azərbaycanda təhlükəsizlik üzrə müşahidə məntəqələrinin yerləşdirilməsi məsələsi ev sahibi olaraq qardaş ölkənin səlahiyyətindədir: “Azərbaycan yer, tarix və heyətdəki sayı müəyyən etdikdən sonra bu məsələ öz həllini tapa bilər”.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!