“Rusiya iqtisadiyyatına zərər vuracağıq” - Aİ-nin ali nümayəndəsi

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya iqtisadiyyatına zərər vuracağıq” - Aİ-nin ali nümayəndəsi

Dünya

13 Mart 2022 10:23 481


Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətə hərbi yolla müdaxilə etməyəcək, amma Rusiya iqtisadiyyatına ziyan vuracaq.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel deyib.

"Əlbəttə, biz vəziyyətə hərbi müdaxilə etməyəcəyik. Biz müharibənin genişlənməsini istəmirik, lakin onlara (Kiyevə - red.) dəstək olmalıyıq. Biz onların iqtisadiyyatına (Rusya - red.) ziyan vurmalıyıq ki, müharibəyə davam etməsinlər”, - Avropa diplomatiyasının rəhbəri bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, hamı çətin tarazlığı tapmağa çalışır.

“Biz Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid etməli, Ukraynanı dəstəkləməliyik”, - deyə Borel Rusiya təhlükəsini vurğulayıb.

“Putin Ukraynanı məhv etməyə çalışır. Bu, mülki əhalinin ölümünə səbəb olur, xəstəxanaları bombalayır. Bu, Putinin mübarizə üsuludur. Hələbi xatırlayın, Qroznını xatırlayın. Qalib gələ bilməz. İki həftəlik müharibəyə baxmayaraq, Rusiya ordusu Ukrayna xalqının müqavimətini qıra bilməz”, - Jozef Borel vurğulayıb.

Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!