Rusiya KİV-lərindən növbəti təxribat: Birinci kanal Azərbaycana böhtan atdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rusiya KİV-lərindən növbəti təxribat: Birinci kanal Azərbaycana böhtan atdı - VİDEO

Siyasət

16 Dekabr 2020 16:39 1824


Qarabağ Müharibəsi sona çatsa da, Rusiya mediasında Azərbaycana qarşı propaqanda davam edir.

“Yeni Sabah” "Haber Global"a istinadən xəbər verir ki, bu dəfə Rusiyanın Birinci kanalında aparıcı Yekaterina Andreyeva Azərbaycana qarşı əsassız ittiham irəli sürüb.

Belə ki, aparıcı Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı imzalanan üçtərəfli razılaşmanın pozulmasına cəhd göstərdiyini iddia edib. Dominos pizza

Hadrut istiqamətində atəşkəsi pozaraq 4 Azərbaycan hərbçisinə atəş açaraq onları qətlə yetirən erməni terrorçuları olmasına baxmayaraq, ittiham olunan tərəfin Bakı olması böyük təəccüb və təəssüf doğrurur.

Silahlı ermənilərin Hadrutun kəndləri və meşələrində gizlənməsini görməzdən gələn rusiyalı aparıcı nədənsə xain hücuma görə Azərbaycanı günahkar sayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!