Rusiya məqsədə nail olana qədər müharibə davam edəcək - Şoyqu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya məqsədə nail olana qədər müharibə davam edəcək - Şoyqu

Dünya

29 Mart 2022 13:58 463


Müdafiə naziri Sergey Şoyqu bildirib ki, “Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi hərbi əməliyyatı qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam edəcək”.

Yenisabah.az Ria Novosti-yə istinadən xəbər verir ki, Sergey Şoyqu bu barədə çərşənbə axşamı keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri xüsusi əməliyyat zamanı “Luqansk və Donetsk Xalq respublikaları”nın əhalisinə dinc həyat bərqərar etməkdə fəal kömək edir.

Sergey Şoyqu komandirlərdən Silahlı Qüvvələrdə gündəlik döyüş hazırlığı üzrə bütün planların qeyd-şərtsiz həyata keçirilməsini təmin etməyi tələb edib.

"Mən vurğulamaq istərdim ki, qoşunlarda planlı döyüş hazırlığı dayandırılmır. Mən bütün səviyyələrdə komandirlərdən planlaşdırılmış əməliyyat və döyüş hazırlığı tədbirlərinin ciddi və dəqiq həyata keçirilməsini təmin etməyi tələb edirəm". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!