Rusiya MN: Son sutkada 620 ukraynalı döyüşçü öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN: Son sutkada 620 ukraynalı döyüşçü öldürülüb

Dünya

24 İyun 2022 13:33 850


Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus daha iki Su-25 təyyarəsini vurub.

Yenisabah.az-ın məlumatına görə, məlumatı bu gün Rusiya Müdafiə Nazirliyi yayıb.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində Xarkov vilayətinin Dolqenkoe rayonunda və Nikolayev vilayətinin Vısokopolisində iki Su-25 təyyarəsini məhv edib", - məlumatda deyilir. Dördpendirli pizza

Bundan əlavə, ruslar Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatı, həmçinin 5 ədəd “Toçka-U” taktiki raketini də vurduqlarını bildiriblər.

Eyni zamanda, iddia olunub ki, son sutkada Ukraynanın 620-dən çox döyüşçüsü, 19 tankı və digər zirehli texnikası məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!