Rusiya MN vətəndaşların hərbi komissarlığa çağırılması ilə bağlı məlumatları təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN vətəndaşların hərbi komissarlığa çağırılması ilə bağlı məlumatları təkzib etdi

Dünya

26 Mart 2022 17:21 310


Rusiya vətəndaşlarının ehtiyatdan hərbi komissarlığa çağırılması ilə bağlı iddia edilən saxta zənglər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, son günlər Rusiyanın bir çox kişi cinsindən olan vətəndaşlarına saxta telefon zəngləri daxil olub ki, həmin zənglərdə avtomatik cavab verənin səsi onların hərbi komissarlığa çağırılması məlumatını verir. Pepperoni pizza

“Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar tamamilə həqiqətə uyğun deyil və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır”, - deyə rusiyalı general bildirib.

Konaşenkov vurğulayıb ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ehtiyatda olan heç bir vətəndaşı hərbi komissarlıqlara çağırmır və çağırmağı planlaşdırmır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!