“Rusiya mövcudluğunu qorumaq üçün Krımdan çıxmalıdır“   - Ukrayna MN

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya mövcudluğunu qorumaq üçün Krımdan çıxmalıdır“ - Ukrayna MN

Dünya

19 İyul 2022 16:22 700


“Qərb müttəfiqlərindən kifayət qədər silah aldıqdan sonra Ukrayna Rusiyanın Qara dəniz donanmasını məhv etməyə hazırlaşacaq”. 

“Report” xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov “The Times”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri hazırda gəmi əleyhinə raketlərini hazırlayır və başqa ölkələrdən ilk növbədə hücuma başlamaq üçün uzaqmənzilli hədəfi vura biləcək silah gözləyir: “Rusiya öz təcavüzkar hərəkətlərinin əvəzini ödəməlidir. Biz gəmi əleyhinə vasitə alırıq. Gec-tez biz onların donanmasını hədəfə alacağıq. Bu, qaçılmazdır. Çünki biz xalqımızın təhlükəsizliyini təmin etməliyik. Biz belə imkan əldə edəndən sonra onlara qarşı Qara dəniz boyunca hücum etməyə hazırıq. Rusiya dövlət olaraq mövcudluğunu saxlamaq istəyirsə, gərək işğal etdiyi Krımdan çıxsın”. Sezar pizza

Qeyd edək ki, Vladimir Qavrilov ukraynalı hərbçilərin hazırlığını izləmək üçün Böyük Britaniyadadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!