Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Kommunikasiya İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarini saxlayıb.
Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Şamarin dələduzluq ittihamı ilə açılmış cinayət işi çərçivəsində saxlanılıb. General axtarışa verilib, daha sonra dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. pizza mizza
İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır.
İstintaq Komitəsi bu barədə açıqlama verməyib.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin rəhbərlərinə qarşı bir neçə cinayət işi açıldığı məlum olub. Aprelin sonunda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov Moskvada rüşvət almaqda ittiham edilərək həbs edilib. May ayında Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov da rüşvət almaqda ittiham olunub.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyini tənqid edən 58-ci Ordunun keçmiş komandiri İvan Popov dələduzluq işi üzrə həbs edilib.
2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanov silahlı qüvvələrə texnikanın verilməsində dələduzluq və korrupsiya faktları ilə bağlı saxlanılıb. O, dələduzluqda və rüşvət almaqda ittiham olunub. 2022-ci ildə “Kommersant” Arslanovun işinə bağlı qapılar arxasında baxılacağını yazıb.
Telegram kanalımız