Sabah İstanbulda Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi gözlənilmir.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti"yə bildirib.
Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 3 saata yaxın davam edən danışıqların uğursuz olmadığı güman olunur. Rusiya heyəti artıq İstanbulu tərk etmək üzrədir. Rusiya və Ukrayna arasında məsləhətləşmələr bundan sonra video formatda davam etdiriləcək, Dominos pizza
Yeri gəlmişkən, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib ki, "xüsusi əməliyyatla" əsas məqsədlər həyat keçib. Bundan sonra əsas diqqət Donetsk və Luqansk bölgələrinə yönəldiləcək.
Eyni zamanda, "Rossiya 24" telekanalında Rusiya Müdafiə Nazirliyinin bəyanatı yayılıb. Bəyanatda deyilir: "Qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlara şərait yaratmaq üçün Kiyev və Çerniqov istiqamətlərində hərbi fəallığın köklü şəkildə bir neçə dəfə azaldılması barədə qərar qəbul edilib".
Telegram kanalımız