Rusiya nüvə silahından istifadə edərsə...   Ağ Evin gizli qrupu hesabat hazırlayıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiya nüvə silahından istifadə edərsə... Ağ Evin gizli qrupu hesabat hazırlayıb

Dünya

24 Mart 2022 13:00 659


Ağ Ev Moskvanın nüvə silahından istifadə edəcəyi halda Vaşinqton və onun müttəfiqlərinin cavab ssenariləri hazırlamaq üçün rəsmilərdən ibarət komanda formalaşdırıb.

Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ nəşrinə rəsmi mənbələr açıqlayıb.

Eyni zamanda, rəsmilər hadisələrin bu sayaq inkişafı ehtimalını kiçik hesab edirlər. Dördpendirli pizza

Onların sözlərinə görə, “Pələng” qrupu Rusiyanın NATO ölkələri ərazisində Ukraynaya göndərilən silah və yardım konvoylarına hipotetik hücumuna cavabları öyrənir.

Rəsmilər, həmçinin, Vaşinqtonun hərbi əməliyyatların qonşu ölkələrə, o cümlədən Moldova və Gürcüstana “yayılmasına” necə reaksiya verməli olduğunu və Avropa ölkələrini ukraynalı qaçqınların axınına necə hazırlamalı olduğunu müəyyən etməyə çalışır.

"Pələng"in yaradılması ilə bağlı sənədi Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından 4 gün sonra prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan imzalayıb. Qrup  artıq Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi, NATO ölkələrində qoşunların sayının artırılması və Ukrayna qoşunlarının silahlandırılması üçün təlimatların hazırlanmasında mərkəzi rol oynayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!