Rusiya Odessanı bombaladı: 14 nəfər...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Odessanı bombaladı: 14 nəfər...

Dünya

02 May 2024 13:19 322


Rusiya Ukraynanın cənubundakı Odessa şəhərini raketlə vurub. 

Bakupost.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, “Rusiyanın Odessaya raket hücumu mülki infrastruktura, o cümlədən poçt anbarlarına ziyan vurdu. Ərazidə genişmiqyaslı yanğın başlayıb və yanğınsöndürənlər tərəfindən söndürülüb. 14 nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib”, deyə bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska Odessanın hər gün bombardman altında olduğunu bildirib: Marqarita pizza

“Odessa hər gün Rusiya bombardmanları altındadır. Şəhərin daha çox mühafizəyə ehtiyacı var. Yaralıların ağrılarını bölüşür, onlara tezliklə sağalmalarını arzulayıram. İnanıram və ümid edirəm ki, şəhərlərimiz Rusiya terrorizmindən güclüdür”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!