Rusiya ordusu BMT missiyasını atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu BMT missiyasını atəşə tutdu

Hadisə

08 Yanvar 2023 14:30 832


Rusiya qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasına atəş açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Unian" agentliyi məlumat yayıb.

Hadisə Ukraynanın Zaporojye vilayəti ərazisində baş verib. Marqarita pizza

Bildirilib ki, missiya nümayəndələrinin ərazidə olduğu dövrdə atəş açılmaması barədə razılığın əldə olunmasına baxmayaraq, Rusiya qüvvələri humanitar yardım çatdıran BMT rəsmilərini atəşə tutub.

Xəsarət alan və ya həyatını itirənlərin olub-olmaması barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!