Rusiya ordusu səbirli müdafiə taktikasına keçib - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu səbirli müdafiə taktikasına keçib - Ekspert

Dünya

04 Sentyabr 2023 13:43 404


“Böyük ehtimalla, Kreml Rusiya-Ukrayna cəbhəsində uzun sürən müharibəyə hazırdır”.

Yenisabah.az “Global Times”a istinadla xəbər verir ki, bunu çinli ekspert Ma Syaopin deyib.

Onun sözlərinə görə, Rusiya ordusu, mahiyyət etibarilə, səbirli müdafiə taktikasına keçib, mütəmadi olaraq Ukrayna ordusunun mövqelərinə hava zərbələri endirir. pizza

Çinli ekspertin fikrincə, Ukraynanın Qərbdəki müttəfiqləri artıq uzanan münaqişədən məyus olduqlarını və narazılıqlarını gizlədə bilmirlər.

M. Syaopin yazır ki, Ukrayna ordusunun yay aylarında həyata keçirdiyi hücum əməliyyatlarını təhlil edib və belə qənaətə gəlib ki, qeydə alınan nəticələr itkilərlə müqayisə edilərsə, o zaman nəticənin çox az olduğunu söyləmək olar:

“Xüsusilə, Ukrayna tərəfi heç bir strateji əhəmiyyət kəsb edən obyektə nəzarəti bərqərar edə bilməyib, əvəzində NATO-nun verdiyi silahların təxminən 30 faizini itirib”.

Çinli mütəxəssis onu da qeyd edib ki, Qərb Rusiya-Ukrayna müharibəsindən açıq şəkildə yorulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!