Rusiya ordusu Ukraynada yaşayış binasına raket zərbələri endirdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Ukraynada yaşayış binasına raket zərbələri endirdi

Dünya

24 İyul 2022 10:10 735


Rus qoşunları Ukraynanın Nikolaev vilayətində yaşayış binasına raket zərbəsi endirib, atəş nəticəsində bir uşaq yaralanıb, insanlar dağıntılar altında qalıb.

APA bildirir ki, bu barədə Nikolaev Vilayət Şurasının rəhbəri Anna Zamazeyeva Facebook sosial şəbəkəsində məlumat verib.

"16 yaşlı uşaq... Qəlpə yarası alıb. İlkin məlumata görə, raket zərbəsi yaşayış binasına dəyib... İnsanlar dağıntılar altındadır. Rusiya ordusu yenidən Nikolayevin yaşayış yerlərindən birinə raket atıblar. Onlar insanların daimi yaşadığı yeri vurublar. Həkimlər və xilasedicilər hadisə yerinə yola düşüblər. Allaha dua edirik ki, ölənlər olmasın və mümkün qədər az yaralı olsun”, - Zamazeeva yazıb. pizza sifarişi

#

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!