Rusiya ordusu Ukraynanın Sumı vilayətini atəşə tutub, ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Ukraynanın Sumı vilayətini atəşə tutub, ölənlər var

Dünya

30 İyul 2023 14:47 703


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərbələr nəticəsində 20 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, peşə təhsili müəssisəsinin binaları dağıdılıb və zədələnib, iki yataqxana da zərər görüb. Pepperoni pizza

Qeyd edək ki, Sumı vilayəti Rusiya ilə həmsərhəd olduğu üçün Rusiya ordusu müharibənin ilk günlərindən rayonun ərazisini ələ keçirməyə cəhd ediblər. Lakin ötən ilin yazında Ukrayna hərbçiləri bu ərazini Kiyevin Ukraynanın nəzarətinə qaytarıblar.

Rusiya hərbçiləri hər gün bölgəni minaatan və artilleriyadan atəşə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!