Rusiya planı dəyişib: Kiyev artıq hədəf deyil - Pentaqon rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya planı dəyişib: Kiyev artıq hədəf deyil - Pentaqon rəsmisi

Dünya

26 Mart 2022 10:10 1065


ABŞ Rusiyanın hücum əməliyyatı uğursuz olduğu üçün qüvvələrini Kiyevin deyil, Ukraynanın şərqinin ələ keçirilməsi üçün səfərbər edəcəyini hesab edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Pentaqondakı yüksəkvəzifəli nümayəndənin verdiyi məlumata əsasən, Rusiya qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə danışıqlarda təsir rıçaqı əldə etmək üçün Donbası və bölgəni müdafiə edən ukraynalı hərbçiləri təcrid etməyə çalışacaq. pizza sifarişi

Rusiya ötən gün bəyan edib ki, “xüsusi əməliyyat”ın birinci fazası, demək olar ki, başa çatıb və diqqətini Donbasın “tam azad olunması”na yönəldəcək.

Pentaqon rəsmisinin sözlərinə görə, ruslar buna böyük əhəmiyyət verirlər və bu barədə ABŞ-ın əlində olan məlumat Rusiyada olan informasiya ilə üst-üstə düşür.

Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyinə çəkiliblər, Ukrayna ordusu isə Çerniqov istiqamətində irəliləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!