Rusiya Qarabağda yaşayan ermənilərə 54 vaqon humanitar yardım göndərib.
Yenisabah.az xəbər verir ki, erməni mətbuatının yazdığına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi açıqlama verib.
Açıqlamada Rusiyanın 8 şəhərindən ümumilikdə 1 200 ton humanitar yardımın toplandığı qeyd olunub. pizza mizza
Həmçinin nazirlik 30 hektardan çox ərazini əhatə edən Xankəndi və ətraf yerlərdə 2 mindən çox partlayıcı maddənin aşkarlandığını da bildirib.
Məlumata görə, Rusiyanın Qarabağdakı ermənilərə göndərdiyi inşaat materialları hesabına 30 bina və sosial obyektlər bərpa olunub.
Telegram kanalımız