Rusiya qoşunları hər tərəfi minalayıb - Oleksey Danilov

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunları hər tərəfi minalayıb - Oleksey Danilov

Dünya

03 Avqust 2023 15:37 1167


“Ukrayna hərbçilərinin əks-hücum üçün qrafiki yoxdur. Eləcə də Kiyevdən başqa heç kim bunu təyin etmək hüququna malik deyil”. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov bəyan edib.

Onun sözlərinə görə, rus qoşunları Ukraynanın hücumuna yaxşı hazırlaşıb. Toyuqlu pizza

Danilovun qənaətincə, yerli komandirlər ordunun ümumi problemlərini nəzərə alaraq bölmələrinin gələcək fəaliyyətləri ilə bağlı qərarlar qəbul edirlər. 

O, həmçinin vurğulayıb ki, bu gün Ukrayna hərbçiləri qarşılarına qoyulan vəzifələri uğurla yerinə yetirirlər.

“Biz başa düşürük ki, düşmən bu hadisələrə çox yaxşı hazırlaşıb. Çoxlu sayda ərazi minalanır. Hərbçilərimizin öhdəsindən gəlməli olduğu həmin ərazilərdə minaların sayı sadəcə dəhşətli dərəcədə çoxdur”, - Danilov vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!