“Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasının tərəfdarıyıq“ - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasının tərəfdarıyıq“ - Prezident

Dünya

17 Mart 2022 10:08 455


"Rəsmi Kihəmişə Rusiya qoşunlarının tanınmamış Dnestryanı bölgədən çıxarılmasının tərəfdarı olub".

Yenisabah.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.

O deyib: “Biz həmişə demişik və tələb etmişik ki, Rusiya qoşunları Dnestryanı ərazini tərk etsin. Biz silah-sursatın utilizasiyasını tələb etmişik və tələb etməkdə davam edirik. Bu münaqişənin sülh yolu ilə həllinə çağırmaqda davam edirik. Biz diplomatik, siyasi, sülh yolu ilə həll yolu tapmaq və həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”. pizza

Kişineuya işgüzar səfərlə gələn Rumıniya prezidenti Klaus İohannis ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Moldova rəhbəri AŞPA-nın Dnestryanı ölgəni “Rusiyanın işğalı zonası” adlandırıldığı bəyannaməsini də şərh edib.

Öz növbəsində, Rumıniya rəhbəri bildirib ki, Dnestryanı münaqişənin həlli Moldovanın Avropa yoluna xələl gətirməməlidir:

“AŞPA-nın qətnaməsi siyasi bəyanatdır. Lakin Dnestryanı problem Moldovanın problemidir və o, burada, tanınmış beynəlxalq formatlarda həll edilməlidir. Suverenlik və ərazi bütövlüyünə hörmətlə və Moldovanın avropapərəst kursuna xələl gətirmədən”, - deyə İohannis vurğulayıb.

O, əmin edib ki, Rumıniya hakimiyyəti Moldovanın Avropa yolu ilə bağlı Aİ institutlarına dəstəyi səfərbər etmək üçün hər şeyi edəcək, eyni zamanda, bu yol Moldova üçün asan ola bilməz.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!