Rusiya qüvvələri Ukraynada dağıdıcı hücumlara başlaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qüvvələri Ukraynada dağıdıcı hücumlara başlaya bilər

Dünya

01 Avqust 2022 09:54 937


“Rusiya qüvvələri İzyumun şimal-qərbində və cənub-qərbində lokallaşdırılmış quru hücumlarını bərpa edib. Xarkova doğru hücum əməliyyatları üçün yeni şərait yaradıla bilər”. 

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutundan bildirilib.

“Rusiya qüvvələri Çepil, Şçurivka və Husarivkaya istiqamətlərində uğursuz hücumlar edib və kəşfiyyat cəhdlərinə başlayıb. Son günlər İzyumun cənub-şərqində hücumlar bərpa olunub”, - institutdan qeyd olunub. Sezar pizza

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərini və vilayətini ələ keçirmək ehtimalı çox aşağıdır: “Rusiya Prezidenti Vladimir Putin bu barədə əmr verə bilər. Lakin Rusiya ordusunun Xarkovu ələ keçirməsi çox çətindir. Bununla belə, Rusiya qüvvələri Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün dağıdıcı hücumlara başlaya bilər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!