"Türkiyənin "Bayraktar" PUA-larını Ukraynaya verməsi Rusiya cəmiyyətində ağrılı şəkildə qarşılanır".
Yenisabah.az “Aydınlıq” qəzetinə istinadla xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
Türkiyə nəşrinə müsahibəsində o bildirib: Toyuqlu pizza
“Tam düzünü desəm: Rusiya cəmiyyətində bu tədarün nə qədər ağrılı qəbul edildiyini təsəvvür belə edə bilməzsiniz. “Biznes biznesdir” kimi izahlar başa düşülmür, çünki dronlarınız əsgərlərimizi öldürür, bunun üçün alınır".
"Xatırladım ki, Türkiyənin müttəfiqi olduğunu iddia edən bir ölkənin mehmetciklərlə döyüşən tərəfə külli miqdarda silah ötürmək vərdişi var və bu, Ankaranın çox xoşuna gəlmir. Belə olan halda, biz bunu niyə bəyənməliyik?
Yeri gəlmişkən, dərhal deyim ki, Türkiyə ordusunun döyüşdüyü bu insanlara silah vermirik və Türkiyə bunu yaxşı bilir. Moskvada onların ofisi belə yoxdur”, – deyə diplomat vurğulayıb.
Telegram kanalımız