Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqladı

Dünya

08 Avqust 2024 21:53 654


Rusiyanın Səhiyyə Nazirliyi ölkənin Ukrayna ilə sərhədyanı regionu olan Kursk vilayətinin atəşə tutulması nəticəsində avqustun 6-dan bəri 66 nəfərin zərər çəkdiyini, onlardan doqquz nəfərin uşaq olduğunu açıqlayıb.

"Report" RBC-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, Kursk vilayətinin tibbi müəssisələrinə 38 nəfər yerləşdirilib ki, onlardan beşi uşaqdır. İkisi uşaq olmaqla 19 zərərçəkmişə ambulator yardım göstərilib. Marqarita pizza

Səhiyyə Nazirliyi vurğulayıb ki, “tibbi təşkilatlarda lazımi həcmdə dərmanlar, qan və onun komponentləri mövcuddur”.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə Döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!