“Rusiya sülhməramlıları faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparır...”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya sülhməramlıları faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparır...”

Siyasət

30 Dekabr 2020 21:17 2506


“Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ciddi mövqe ortaya qoymağa ehtiyac var”.

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi baş verənlərlə bağlı konkret mövqe ortaya qoymalıdır:

“Onların məqsədi münaqişə olacağı təqdirdə tərəfləri ayırmaqla məhdudlaşır. Lakin Rusiya sülhməramlıları mandatlarını aşırlar. Orada Rusiya hökumətinin yerli strukturlarını yaradırlar. Emənilərin köçürülməsi ilə məşğul  olurlar. Ən əsası isə, onlar erməni qanunsuz silahlı dəstələrinin tərk-silah edilməsi ilə məşğul olmurlar. Onlar faktiki olaraq özlərini işğalçı qüvvə kimi aparırlar. Marqarita pizza

Azərbaycan hökuməti bununla bağlı qəti mövqe bildirməlidir. Tələb etməlidir ki, onlar ya öz mandatlarına uyğun işlərlə məşğul olsunlar, ya da çıxıb getsinlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!