Rusiya İrana yeni səfir təyin edib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu, Aleksey Dedovdur. O, 11 ildən artıq Tehranda eyni vəzifəni tutmuş Levan Caqaryanı əvəz edəcək.
İranın hazırkı səfiri Kazem Cəlali öncədən Dedovla görüşüb və bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb. Sezar pizza
Aleksey Dedov 1982-ci ildən Rusiya (Sovet İttifaqı) Xarici İşlər Nazirliyində çalışır. O, 2004-2009-cu illərdə Rusiyanın İrandakı səfirinin müavini olub. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin Asiya şöbəsində işləyib. 2013-cü ildən isə 6 il ölkənin Pakistandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Telegram kanalımız