Ukraynada hərbi əməliyyatlar Çexiyada enerji daşıyıcılarının qiymətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, çexiyalı ev sahiblərinin xərcləri müharibə başlanandan bəri dörddəbir dəfə yüksəlib.
Beləliklə, Çexiyada üç nəfərdən ibarət ailə müharibənin ilk günü işıq, istilik və yanacaq üçün illik 5454 avro ödəyirdisə, hazırda bu xərclər illik hesabda 1492 avro artıb. Bu, cəmi üç həftə ərzində 27 faiz artıma müvafiqdir. Dominos pizza
Hərbi əməliyyatların başlandığı gün iki ton mazut 2507 avro idi, indi isə bu qiymət 3985 avroya təşkil edir. Təbii qaz əsasında 20000 kilovat-saat istiliyin dəyəri bu günlərdə 2138 avrodan 2728 avroya qalxıb. Benzinin qiymətində 21 faiz, dizel yanacağında isə 34 faiz artım müşahidə olunub.
Telegram kanalımız