“Rusiya Ukraynada münaqişənin həllinə hazırdır” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ukraynada münaqişənin həllinə hazırdır” - Lavrov

Siyasət

14 Fevral 2024 14:11 404


"Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə almaq əsasında siyasi və diplomatik yolla həllinə hazırdır". 

Yenisabah.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında bildirib. 

Nazir iddia edib ki, bununla belə, Qərbin hazırkı mövqeyini nəzərə alaraq, Ukrayna məsələsində razılığa gəlmək variantları yoxdur.  pizza sifarişi

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!