Rusiya Ukraynada daha 1300 hərbçisini itirdi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada daha 1300 hərbçisini itirdi 

Dünya

22 May 2024 10:19 474


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 496 370 nəfərə çatıb.  Dominos pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 6 tank, 22 zirehli döyüş maşını, 41 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!