Rusiya Ukraynanın itkilərini açıqladı:  125 təyyarə, 93 helikopter...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın itkilərini açıqladı: 125 təyyarə, 93 helikopter...

Dünya

06 Aprel 2022 12:44 399


Rusiya Ukraynanın müharibə itkilərini açıqlayıb.

Yenisabah.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 125 təyyarə, 93 helikopter və 400-dən çox pilotsuz uçuş aparatını məhv edib:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 93 helikopter, 407 pilotsuz uçuş aparatı məhv edilib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 854 səhra artilleriya və minaatan, o cümlədən 1882 ədəd xüsusi təyinatlı hərbi texnikası sıradan çıxarılıb”. pizza hut

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar 42 gündür davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!