Rusiya Ukraynanın itkilərini açıqladı:   8000-ə yaxın...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın itkilərini açıqladı: 8000-ə yaxın...

Dünya

05 İyul 2022 12:57 691


Ukraynada müharibə başlayandan bəri rus qoşunları 8000-ə yaxın texnika və zirehli texnikanı məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat yayıb.

Bildirilib ki, ötən gün Rusiya Aerokosmik Qüvvələri Xerson vilayəti üzərində Ukraynaya məxsus Su-25 hücum təyyarəsini vurub. pizza mizza

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:

231 təyyarə, 134 helikopter, 1451 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3910 tank və digər zirehli döyüş texnikası, 716 reaktiv yaylım atəşi sistemi, 3092 səhra artilleriya silahı və minaatan, həmçinin 4016 ədəd xüsusi təyinatlı hərbi maşın”, - deyə Müdafiə Nazirliyi bəyan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!