Rusiya Ukraynanın itkilərini açıqladı: 249 təyyarə, 137 helikopter...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın itkilərini açıqladı: 249 təyyarə, 137 helikopter...

Dünya

14 İyul 2022 17:01 687


Ötən gün dənizdən atılan yüksək dəqiqliyə malik “Kalibr” raketləri Zaporojyadakı yüksək gərginlikli avadanlıq fabriki ərazisindəki anqarlarda gizlədilmiş çoxbarrelli reaktiv yaylım atəşi sistemlərini məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin əməkdaşıİqor Koneşenko bildirib.

Onun sözlərinə görə, Rusiya təyyarələri 4 komanda mərkəzini, Ukraynaya məxsus "Su-24", Troitskoyedə isə "Miq-29" döyüş təyyarəsini vurub. O, Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynanın 12 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib. pizza mizza

Konaşenkov Ukraynanın bu günə qədər olan itkiləri ilə bağlı da məlumat verib:

“Bu günə qədər ordumuz tərəfindən Ukraynaya məxsus 249 təyyarə, 137 helikopter, 1534 pilotsuz uçuş aparatı, 354 hava hücumundan müdafiə raket sistemi, 4 min 50 tank və zirehli texnika, 744 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 145 haubitsa və minaatan  məhv edilib".  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!