Rusiya və Türkiyə nazirləri Tokayevi dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Türkiyə nazirləri Tokayevi dəstəklədi

Dünya

06 Yanvar 2022 16:05 915


Sergey Lavrov və Mövlud Çavuşoğlu Qazaxıstan rəhbərliyinin ölkədə konstitusiya quruluşunun bərpası istiqamətində səylərini dəstəkləyiblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qazaxıstanda baş verən hadisələrlə əlaqədar nazirlər bu ölkə rəhbərliyinin konstitusiya quruluşunun bərpası istiqamətində səylərini dəstəklədiklərini bildiriblər", - deyə sənəddə qeyd olunur. pizza

Məlumatda əlavə olunur:

"Rusiyalı nazir dövlətin təhlükəsizliyi və ərazi bütövlüyünə xələl gətirmək üçün kənardan təhrik edilmiş cəhdlərlə əlaqədar Qazaxıstan prezidentinin yardım barədə KTMT-yə müraciətinə cavab olaraq görülən tədbirlər haqqında izaahat verib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!