Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərbli həmkarlarımız istəyirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yalnız onların ərazisində imzalansın, bu faktdır. Azərbaycanın faktiki olaraq münaqişəyə son qoymaq və bütün məsələlərin həlli üçün bütöv qarşılıqlı fəaliyyət sistemi qurmaq səylərinin başladığı Rusiya ərazisində onu imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm, baxmayaraq ki, Ermənistan paytaxtına müvafiq siqnallar çoxdan göndərilib”, - deyə XİN rəhbəri vurğulayıb. Sezar pizza
Telegram kanalımız