Rusiya XİN Fidanın təklifinə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN Fidanın təklifinə münasibət bildirdi

Dünya

23 Oktyabr 2023 13:25 343


Rusiya və Türkiyə Fələstin-İsrail nizamlanması məsələsində diplomatik kanallar vasitəsilə əlaqə saxlayır.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O, Ankaranın böhranın həlli üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü şərh edib: pizza hut

“Əlbəttə, diplomatik kanallar bu vəziyyətə qarışıb, biz bütün tərəfdaşlarımızla, bütün oyunçularla əlaqə saxlayırıq. Rusiya Federasiyasının mövqeyi hamıya məlumdur, bu, Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər Nazirliyinin bəyanatlarında bildirilib.

Biz bu mövqedən çıxış edirik ki, Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq iki dövlətin yaradılması əsasında əsas problemi həll etmədən böhrandan çıxmaq mümkün deyil”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın daha əvvəl Fələstin və İsrail arasındakı münaqişənin tərəflərin hər biri üçün qarant ölkələr sistemini təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!