Rusiya XİN: İrəvan Moskvadan daha da uzaqlaşır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: İrəvan Moskvadan daha da uzaqlaşır

Dünya

04 Oktyabr 2023 15:20 428


Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu qəbul etməsi Rusiyadan uzaqlaşmaq istiqamətində ümumi tendensiyanın bir hissəsidir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Təəssüf ki, bu aksiya son zamanlar formalaşmış tendensiyaya uyğundur. İrəvan tərəfdən biz getdikcə daha çox Rusiyadan uzaqlaşmaq məqsədi daşıyan nümayişkaranə addımlar görürük. Tarix, əminəm ki, hər şeyi öz yerinə qoyacaq. Uzaqlarda bəzi himayədarların axtarışı və kiminsə xoşuna gəlmək istəyi Rusiya və Ermənistan xalqları arasında əsrlər boyu formalaşmış nadir tarixi dostluq və qarşılıqlı anlaşma bağlarını silməyəcək”, - deyə Ryabkov əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!